Paytaxtın Binəqədi rayonu, “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında piyadaların, xüsusilə də fiziki məhdudiyyətli vətəndaşların gediş-gəlişi üçün yaradılan şərait acınacaqlı vəziyyətdə qalır. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az məlumat verir.
Keçən ilin yanvar ayında xəbər verilib ki, həmin ərazidə yerləşən piyada keçidində eskalatorlar işləmir. Vaxt keçsə də, mövcud 4 eskalatordan üçü hələ də işləmir. Keçiddə lift və pilləkən olmadığından sakinlər dayanmış eskalatorun pilləkənlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə texniki cəhətdən təhlükəlidir.
Həmçinin ərazidə, ümumiyyətlə, arabalar və fiziki məhdudiyyətli şəxslər üçün hələ də şərait yaradılmayıb. Ərazidə olan səki pillələrdən ibarətdir və panduslar nəzərdə tutulmayıb. Nəticədə uşaq arabaları ilə keçən vətəndaşlar arabaları qucaqlarında daşıyırlar.
Hər iki fakt vətəndaşlara ciddi əngəl törədir.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/sequence-01_2-2.mp4"][/video]