Paytaxtın Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
2 mart 2023-cü il tarixində saat 10:00-dan etibarən rayonun Atatürk prospekti, 64 ünvanında, Naxçıvani və C.Xəndan küçələrində 5000 abonentin qaz təchizatında fasilələr yaranacaq.
Buna səbəb Əcəmi Naxçıvani küçəsinin Azadlıq və Atatürk prospektləri arasında olan hissəsində qaz borularının təmiri göstərilir.