Bakının Binəqədi rayonu, Vulkan, 1 may yaşayış massivləri, Biləcəri, Binəqədi qəsəbələrinin bir hissəsində 17.000 istehlakçının qaz təminatında fasilə yaranacaq. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Bakı Regional Qaz İstismarı Departamentinə istinadən məlumat verir.
Fasilə oktyabrın 10-da saat 09:30-dan etibarən başlayacaq.
Qaz təchizatında məhdudiyyət “Xırdalan” qazpaylayıcı stansiyasında yeni quraşdırılmış kollektorun birləşmə işləri ilə əlaqədardır.