Paytaxtın Binəqədi rayonunun bir hissəsində içməli su olmayacaq. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
28 fevral 2023-cü il tarixində, gün ərzində adıçəkilən rayonun Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, eləcə də Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi və dəmir yolu ətrafındakı ərazilərə, həmçinin kənd Masazıra içməli su verilməyəcək.
Məhdudiyyətin təmir-bərpa işləri ilə əlaqədar olduğu bildirilir.