Bakının Binəqədi rayonunda su kəsiləcək. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Magistral su kəmərində qəza ilə əlaqədar 7 və 8-ci mikrorayonlarda gün ərzində su olmayacaq. Təmir işləri bitdikdən sonra suyun təminatı bərpa ediləcək.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.