Binəqədi rayonunun bir sıra küçələrində təmir işləri aparılıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Binəqədi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan yenidənqurma işləri çərçivəsində Biləcəri qəsəbə ərazisində 2 küçəyə, 28 May qəsəbə ərazisində 2 küçəyə, Xocəsən qəsəbə ərazisində 3 küçəyə, Binəqədi qəsəbə ərazisində 5 küçəyə ümumilikdə 14.893,5 kv.m asfalt örtüyü çəkilib.
Təmir işləri səyyar görüşlərdə qaldırılan problemlər əsasında aparılıb.
[caption id="attachment_115508" align="alignnone" width="640"]
Foto Binəqədi rayon İcra Hakimiyyəti[/caption]