Binəqədi rayonunda qanunsuz tikili aşkar edilib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Süleyman Sani Axundov küçəsində və Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Müvafiq olaraq yaşayış binasının qarşısında və avtomobil təmiri sexinin həyətində qanunsuz tikinti işlərinin aparıldığı məlum olub.
Əraziyə cəlb olunan FHN əməkdaşları qanunsuz tikintinin qarşısını alıblar, dəmir konstruksiyalar sökülüb.