Paytaxtın Binəqədi rayonunda, Azadlıq prospektinin S.S.Axundov küçəsi ilə kəsişməsində (“Çənlibel” restoranının qarşısında) qaz xəttində yeraltı qəza baş verib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Bakı Regional Qaz Istismarı Departamentinə istinadən məlumat verir.
Qəza ilə əlaqədar bu gündən etibarən 17 noyabr tarixinədək hər gün saat 23:00-dan səhər saat 06:00-a dək təmir işləri aparılacaq.
Qurumdan bildirilib ki, qaz təchizatında fasilə yaranmayacaq.
[caption id="attachment_119436" align="alignnone" width="640"]
Foto Bakı Regional Qaz Istismarı Departamentinin Facebook səhifəsi[/caption]