Bakının Binəqədi rayonunun bəzi hissələrində qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
Qazın verilişində fasilə saat 10:00-dan nəzərdə tutulub və təmir işləri ilə əlaqədardır.
İşlər aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin sakinləri müvəqqəti olaraq qazsız qalacaqlar.