Paytaxtın Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllədə yaşayan sakinlər burada yaranmış antisanitar vəziyətdən narazıdırlar. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bu küçədə yaşayan sakinlərin sözlərinə görə, on ildir ki, ərazidə bu vəziyyət mövcuddur. Burada olan yarımtikili obyektin ərazisinə məişət və inşaat tullantıları atılır. Xüsusən də yay aylarında ərazi toplanmış zibil iyinə bürünür.
Şikayətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, küçədən zibil yığışdırılacaq. İnşaat tullantılarının ərazidən yığışdırılıb daşınmasına gəlincə, obyektin sahibinə müraciət ediləcək.