Binəqədi rayonunun Mədən 1 adlanan ərazisində, yolun tam ortasında elektrik dirəkləri yerləşir və bu, avtomobillərin gediş-gəlişinə mane olmaqla yanaşı, qəzaları da qaçılmaz edir. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az AZTV-yə istinadən məlumat verir.
Yolda hərəkətə mane olan dirəklərlə bağlı xəbərdaredici nişanın da olmaması təhlükə riskini daha da artırır.
Sözügedən məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirildi ki, yüksək gərginlikli elektrik xətti 2002-ci ildə plan üzrə poladəritmə zavoduna çəkilən 110 kilovatlıq xətdir. Həmin ərazidə isə o dövrdə yaşayış və yol olmayıb.
Binəqədi qəsəbə bələdiyyəsindən məsələ ilə bağlı münasibət bildiriblər: “Yüksək gərginlik dayaqları ilə bağlı rəsmi qurumlara hələ ki tərəfimizdən müraciət olunmayıb. Yaxın zamanda tərəfimizdən müraciət olunacaq, həmin problem də öz həllini tapar”.