Binəqədi icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az RİH-yə istinadən məlumat verir.
Elxan Allahverdiyevin və digər qurumların nümayəndələri qəsəbə sakinlərinin təklif və müraciətlərini dinləyiblər. Görüşdə iştirak edən sakinlər mərkəzdən gedən marşrut xəttinin şəhid Nicat Mustafayev küçəsindən keçməsi, qəsəbə ərazisinə yeni məişət tullantıları konteynerinin qoyulması, şəhid Ayxan Haqverdiyev küçəsinin bir hissəsinə və II mədən, korpus 170 ünvanına asfalt örtüyünün çəkilməsi, “Nicat” marketinin qarşısına “Kapital bank”ın bankomatının qoyulması, qəzalı vəziyyətdə olan ağacın kəsilməsi ilə bağlı məsələləri qaldırıblar.
İcra başçısı müraciətlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
[caption id="attachment_90245" align="alignnone" width="640"]
Foto Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]