top
“Bir səhnənin çəkilişi üçün 24 saat sərf edirik” – Masa üzərində “möcüzə” yaradanla ÖZƏL MÜSAHİBƏ + FOTO/VİDEO
28 yanvar 2025, 03:23
- ↺ +

“Bir səhnənin çəkilişi üçün 24 saat sərf edirik” – Masa üzərində “möcüzə” yaradanla ÖZƏL MÜSAHİBƏ + FOTO/VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“4-5 saat çəkilişin sonunda bir fənərin sönməsi və ya fiqurun aşması bütün prosesi puç edib”.

Bu sözləri Bakuplus.az-a eksperimental fotoqrafiya üzrə mütəxəssis İlkin Zəfərli deyib.

Onunla müsahibəni təqdim edirik:

- Öncə özünüzü oxucularımıza təqdim edin. Neçənci ildə, harada doğulmusunuz?

- 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakıxanov qəsəbəsində yaşayıb, orada böyümüşəm.

Uşaqlıqdan cizgi filmlərinə baxmağı sevmişəm və onların necə yaranması prosesi barədə maraqlanmışam. Amma uşaqlıqda bu fikirlər yalnız bir maraq doğururdu.

Uşaq yaşlarımda oyuncaqları həmişə sındırırdım. Çünki içində nə olması həmişə marağımı çəkib. Bir də məndə yaranan marağa görə Sovet dövründə çətinliklə tapılan anamın elektron qol saatını çəkic altına salıb sındırmışam. Bu, çox bədbin bir xatirələrdəndir (gülür).

- Uşaqlıqdan həvəsiniz olduğunu dediniz. Yəqin ki, istəyiniz sizi bu sahəyə gətirib...

- O zamanlar ailəm həkim olmağımı istəyirdi. Daha sonra menecment sahəsinə yönəldim. Bu sahənin təhsilini alıb işlədikdən sonra fərqli sferalarda çalışdım.

Mən incəsənəti oxumadan ssenarilər yazır, dj-lik sahəsində də çalışmışam. Hətta dj-lik üzrə tələbə də hazırlaşdırırdım. İndi həmin sahədən də uzaqlaşmışam. Hətta jurnalistika sahəsində də özümü sınamışam. 6 il bir saytın əməkdaşı olmuşam.

Jurnalistika sahəsində çalışdığım zaman fotoqrafiya ilə maraqlanmağa başladım. Peyzaj və qaranlıq tipli təsvirləri çox xoşladığım üçün özüm öyrənməyə can atdım.

Çəkiliş üçün meşələrə gedirdim, gecə saatlarında fotolar çəkirdim. Gündüz bir saniyəyə çəkilən şəkili gecə saatlarında alındırmaq üçün 1-10 dəqiqə arası zaman sərf olunur. Hər fəsil meşəyə gedirdim. Elə vaxt olurdu ki, qaranlıq düşəndən səhər açılana qədər şəkil çəkirdim.

- Çəkiliş üçün meşələrə getdiyinizi dediniz. Həmin vaxtlarda başınıza gələn maraqlı hadisə olubmu? Çünki kənd camaatı belə məsələlərdə bir az həssasdır.

- Əlbəttə, gülməli hadisələr çox baş verib. Bir dəfə dumanlı havada çəkiliş üçün rayona getdim. Qaranlıqda fərqli rənglərdən olan işıqları yandırıb çəkiliş edirdim. Yaxınlıqda olan kəndin camaatı qorxub polis çağırmışdı. Polis gəlib məndən izahat aldı, məlum oldu ki, fotoqrafam. Sonra dedilər ki, çəkiliş olanda xəbər edin.

- Bəs masaüstü təsvirləri hazırlamağa necə qərar verdiniz?

- Fotoqrafiyaya həvəsim çox böyük idi. Amma hər dəfə də şəhərdən kənara çıxa bilmirdim. Buna görə meşəyə gedib çəkəcəyim şəkilləri ev şəraitinə uyğunlaşdırmağa çalışdım. Masa üzərində torpaq, qumdan, miniatür əşyalardan təsvirlər yaratdım. Beləliklə, gerçək həyatda tuta bilmədiyim səhnələri ev şəraitində masa üzərində yaratdım. Bunlar məni incəsənətin daha da dərinliklərinə çəkdi.

Başladım işıq və tüstü ilə ev əşyalarından istifadə edərək çəkilişlər etməyə. Bəlkə də məndən başqa bu üslubla çəkiliş edənlər var. Amma mən bu təsviri çəkilişlərə özüm gəldim. Kömək almadım, dərsini keçmədim.

- Stolüstü dioramların hazırlanması prosesi necə aparılır?

- Çəkilişdə istifadə etdiyim miniatürləri də özüm hazırlayıram. Çəkiliş konseptlərinə özüm qərar verirəm. Yeni il öncəsi bilirəm ki, qar, şaxta baba olan mövzuda çəkiliş etmək lazımdır. Bu çəkilişi də ərsəyə gətirmək üçün ticarət mərkəzlərinə gedib əşyalar alıram. Oyuncaqların arasında mənə lazım olanları tapıram. Məsələn, müharibə mövzusunda çəkiliş lazım olanda oyuncaq tank, silah alıram. Həqiqi tanklara oxşaması üçün onları rəngləyir, düzəldib işıqlandırıram. Çəkilişlərə fikir versəniz, heç biri gerçəkdən fərqlənmir.

Çəkilişlərdə fikir verdiyim tək nüans insanların marağını nə çəkməsi ilə bağlı olur.

Bir dəfə mən neft buruqlarını günbatan zaman çəkmək üçün həmin əraziyə getdim. Amma dövlət obyekti olduğu üçün mühafizə çəkilişə icazə vermədi. Mən də həmin səhnəni evimdə masa üzərində hazırladım. Gerçək buruqdan heç fərqlənmirdi.

- Animasiyada ilk işinizə necə başladınız?

- Artıq bir ildən çoxdur ki, animasiya ilə məşğulam. Özüm şəhərdən kənarda, bağ evində yaşayıb yaradıram. Çünki sənətimlə əlaqəli bağ evində olmalıyam. "9sensee" Art İncəsənət Mərkəzinin dəvəti ilə orada animasiya hazırlamağa və insanlara dərs deməyə başladım.

Animasiyaya başlamağım isə tanışlarım sayəsində oldu. Bu sahədə heç bir təhsil almamışam. Sadəcə hazırladıqca yollarını öyrənir, növbəti çəkilişdə daha professional çalışırdım.

Animasiyaya başlayanda ilk işim yeniyetmələrlə qorxulu bir üslubda çəkiliş oldu. Uşaqlarla zombilərin olduğu çəkilişi 12 saata ərsəyə gətirdik. Daha sonra “Harry Potter” haqqında animasiya ilə cizgi filmi hazırladıq. Təbii ki, hər bir sərgi sona yetdikdən sonra diaromalar sökülür. “Harry Potter” xatirəsini saxlamaq üçün belə bir cizgi film ərsəyə gətirdik. Bunun hazırlanması 1 ay vaxt çəkdi.

- Kinoda aktyorlar olur, amma siz cansız əşyalarla canlı təsvir düzəldirsiniz. Yəqin ki, çətin olur...

- Animasiya hərəkət deməkdir. Bu proses çox çətindir. Kinoda aktyorlarla, animasiyada isə fiqurlarla işləyirsən. Məsələn, 1 fiqurun 10 sm-lik məsafə getməsi üçün 60-70 kadr çəkilir. Mən deyə bilmərəm ki, professional hazırlayıram. Amma animasiyanın daxilini öyrəndikcə görürəm ki, xırda nüanslar çoxdur. Buna uyğun professionallığı öyrənirəm.

- Ümumiyyətlə, bir animasiyanın hazırlanması üçün nə qədər vaxt sərf edilir?

- Bu müddət müxtəlifdir. Çəkilişin növünə görə dəyişir. Amma çəkiliş zamanı insan hiss etmir. Nəticəyə baxanda görürsən ki, böyük miqyaslı iş görmüsən. Təsəvvür edin ki, 6-7 min kadr və həmin kadrların hərəsi bir hərəkət. Elə olurdu ki, 1 səhnənin çəkilişinə bir gün sərf edirdik. Hətta elə zamanlar olub ki, 4-5 saat çəkilişin sonunda bir fənərin sönməsi və ya fiqurun aşması bütün prosesi puç edib. Həmin çəkilişə yenidən başlayarıq.

Məsələn, uşaqlarla yaratdığımız qorxulu bir üslubda çəkiliş 12 saata ərsəyə gəlib. “Harry Potter” animasiyasının çəkilişi 1 ay müddət alıb.

- Çəkilişlərinizi harada saxlayırsınız?

- Fotoqrafların əl işlərinin birləşdiyi beynəlxalq bir sayt var. 2016-cı ildən etibarən çəkilişlərimin hamısı orada toplanır və satılır. Bunun sayəsində 10 ilə yaxın zaman kəsiyində sözügedən saytda 75 mindən çox çəkdiyim əl işlərim cəmlənib.

Düzünü desəm, mən Azərbaycandan daha çox xarici ölkələrdə tanınıram. Başqa ölkələrdən sifarişlər alıram. Həmin sifarişlər əsasında çəkilişlər edirəm.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər