top
Bloqerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO
22 iyul 2025, 06:23
- ↺ +

Bloqerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bloger əməliyyat otağında çəkiliş edib. Söhbət "Baylarsoylar" adıyla tanınan bloqer Arifə Məmmədovadan gedir. Bloqer "Medipoint"adlı klinikada çox rahatlıqla süni mayalanma əməliyyatına girərək, cərrahın işini yaxından izləyib və əməliyyat otağındakı anları sosial şəbəkə hesabında izləyiciləriylə bölüşüb. Onun bu çəkilişi və paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə blogerlə yanaşı əməliyyat otağında çəkiliş edən başqa bir şəxsin də olduğu birmənalı qarşılanmayıb. Çox sayda insan bu addımı qeyri-etik, tibbə yaraşmayan qanunsuz addım kimi qiymətləndirib.

Qeyd edək ki, tibbi qaydalara və sanitariya-gigiyena normalarına görə əməliyyat otağına yad şəxsin daxil olması qadağandır. Xüsusilə əməliyyat otağına pasiyentin qohumları və dostları, media nümayəndələri və ya blogerlər, klinikaya aidiyyəti olmayan şəxslər, eləcə də reklam və ya sosial media məqsədilə çəkiliş edənlər daxil ola bilməz.

Səhiyyə Nazirliyinin və Əmək Məcəlləsinin müvafiq normativ sənədlərinə əsasən, xəstənin razılığı olmadan çəkiliş aparmaq, yaxud məlumat yaymaq şəxsi toxunulmazlıq və məxfilik hüquqlarının pozulması sayılır. Bu, inzibati və ya hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Bəs, bloqerin bu addımı hüquqi məsuliyyət yaradacaq?

Tibb eksperti, professor Adil Qeybulla açıqlamasında sözügedən məsələnin qanun pozuntusu olduğunu qeyd edib:

"Bütün bu hallar qanunda xeyli boşluğun olduğunu göstərir. Bundan da bir çox şəxs sui-istifadə edir.  Kənar şəxsin əməliyyat otağına məcburi texniki yardıma, tibbi avadanlığın xarab olması və s-yə  görə, yaxud bir konsultantın, tibb işçisinin əməliyyata kömək üçün girməsi göstəriş əsasında mümkündür. Qalan bütün hallar qanunvericilikdə nəzərdə tutulmayıb".

"Tibb üçün iyrənc hal..."

Adil Qeybulla vurğulayıb ki, o şəxslərin məqsədləri reklam, korporativ maraqdır:

“Bu isə təbabət üçün iyrənc hadisədir. Biz onlara televiziya kanallarından, sosial şəbəkələrdən şahid oluruq. Bu halların qarşısı alınmalıdır. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülmür".

Bizim.media məsələylə bağlı Səhiyyə Nazirliyinin tabeliyində olan Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yaradılmış işçi qrupu tərəfindən məsələ ciddi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər