top
Broyler toyuqlarının qorxunc FƏSADLARI – Onlara hansı təhlükəli maddələr vurulur?
25 noyabr 2024, 09:00
- ↺ +

Broyler toyuqlarının qorxunc FƏSADLARI – Onlara hansı təhlükəli maddələr vurulur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda qida rasionumuzda toyuq əti xüsusi yer tutur. Amma toyuq ətinin qiymətlərindəki fərq xeyli suallar doğurur. Belə ki, “kənd toyuğu”nun bir kiloqramı 11-12 manat olduğu halda, broyler toyuğunun kiloqramı 4-5 manata təklif edilir. Tək bu fakt göstərir ki, broyler toyuqları sağlamlığımız üçün o qədər də münasib deyil.

Bizim.media-nın araşdırmasına görə, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.

Ümumilikdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrində toyuqlar 40 gündən sonra kəsilir. Türkiyədə isə bu rəqəm 28 gündür.

Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur.

Hətta bu dərmanların sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan antibiotiklərin 15-26% onların canlarında qalır.

Broyler toyuqlarının əti kimi, onun bəzi hissələrinin də istehlakı risklidir.

Mövzu ilə bağlı Bizim.media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, eyni yaşda olan kənd toyuğu ilə broyler toyuğunun çəkisini müqayisə etsək, böyük fərq görərik:

“Eyni yaşda olan kənd toyuğu cücə hesab edildiyi halda o yaşdakı broyler toyuğu artıq piştaxtaları bəzəyir. Bu da ona görədir ki, fabriklərdə toyuqların yetişdirilməsində intensiv üsullardan istifadə edirlər. Bundan əlavə, fabriklərdə toyuqlar kəsilib qablaşdırılarkən onların artıq çəki alması üçün müxtəlif metodlardan istifadə edilir. 2 il öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qanunvericilik təşəbbüsü ilə broylerlərdə toyuqlara GMO yemlərinin verilməsinə “yaşıl işıq” yandırıldı”.

Müsahibimiz hesab edir ki, broyler toyuqları insanların sağlamlığına da təsir edir:

“Bu təsirlərin izləri müxtəlif formada və müxtəlif zamanlarda üzə çıxır. Fabriklərdə toyuqlar hərəkətsizlik şəraitində saxlanılır. Bu da toyuqların artıq çəki yığmasına səbəb olur. Amma kənd toyuqları daima hərəkətdə olduqları üçün onlar artıq çəki yığmır və onun ətində heç bir qorxulu maddələr olmur. Ona görə də “kənd toyuqları” 4-5 aya böyüdüyü halda, fabriklərdə toyuqlar 30-45 gün ərzində kəsimə hazır olur”.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər