top
Bu gün Allahverdi Bağırovun şəhid olduğu gündür
11 iyun 2025, 23:23
- +

Bu gün Allahverdi Bağırovun şəhid olduğu gündür

İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun şəhid olduğu gündür.

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəs göstərib. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də "Qarabağ" futbol komandasının yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

Qarabağ müharibəsi başlayanda ilk yaradılan bataliyonlardan birinə, "Vətən oğulları" batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

O, Xocalı soyqırımı zamanı həlak olanların nəşlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin düşmən meyitləri və əsirləri ilə dəyişdirilərək, azad edilməsində böyük xidmət göstərib. Həmin əməliyyatlarlar zamanı Ağdam rayonu 300 nəfər şəhid verib. Milli Qəhrəmanımızın ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olub. O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.

Allahverdi Bağırov, bu döyüşdən Ağdama qayıdan zaman minaya düşərək şəhid olub.

Son xəbərlər

Xəbər
Bu gün, 09:50

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Xəbər
Dünən, 17:48

162 nömrəli avtobus sərnişinləri təngə gətirib – ŞİKAYƏT

Xəbər
Dünən, 16:22

Azərbaycanlı rəqqas "Zita və Gita"nın ulduzu ilə görüşdü

Yasamal
Dünən, 14:04

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb

Xəbər
Dünən, 13:59

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xəbər
Dünən, 12:42

Bakıda EVLİ KİŞİ 15 yaşlı qızı qaçırdı

Xəbər
Dünən, 11:03

Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 10:07

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Xəbər
15 sentyabr 2026, 17:55

50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO

Xəbər
15 sentyabr 2026, 17:30

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Xəbər
15 sentyabr 2026, 16:39

Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu

Xəbər
15 sentyabr 2026, 16:21

Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

Xəbər
15 sentyabr 2026, 15:40

Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı

Xəbər
15 sentyabr 2026, 15:07

İlk dərs günü BİABIRÇILIQ: canlı yayım açıb elektron siqaret çəkdilər - VİDEO

Xəbər
15 sentyabr 2026, 14:18

Azərbaycanda yeni voleybol klubu yaradıldı

Xəbər
15 sentyabr 2026, 12:29

Atası ilə birləşib ərini ö!dürmüşdü, hər ikisinə HÖKM OXUNDU

Xəbər
15 sentyabr 2026, 12:00

İlqar Xəyal doğum günüdür

Xəbər
15 sentyabr 2026, 11:30

Kişi pilləkənlərdən yıxılıb öldü

Xəbər
15 sentyabr 2026, 11:00

Əsgər getmək istəməyənlərə cinayət işi AÇILDI

Xəbər
15 sentyabr 2026, 10:30

Bakıda kişi evində ölü tapıldı

Xəbər
15 sentyabr 2026, 10:00

Sənətkarın ölümündən 20 il keçir...

Xəbər
15 sentyabr 2026, 09:36

Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq

Xəbər
15 sentyabr 2026, 07:00

Bu gün minlərlə şagird məktəb təhsilinə başlayır

Xəbər
14 sentyabr 2026, 17:38

İşə gecikdi, rəhbəri inanmadı – Uşağının canına and içdi

Oxşar xəbərlər