Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasının giriş hissəsində dəhşətli sıxlıq yaranıb. Vətəndaşlar metronun platforma hissəsinə daxil olmaq üçün dəqiqələrlə sıxlıqda qalmalı olublar.
Bununla bağlı Bakuplus.az redaksiyasına sərnişinlər tərəfindən videolar göndərilib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, qatarlar həmişəki kimi adi iş rejimində işləyir və heç bir problem yoxdur:
“Bakı metropolitenində bu gün səhər saatlarından qatarlar qrafik üzrə hərəkət edir, pozuntu yoxdur. Stansiyalar adi iş rejimi şəraitində fəaliyyət göstərir”.
Əsmər Sənani