Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.
Bakuplus.az xəbər verir ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Bildirilir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin olunacaq.