"Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1.6 milyondan çox çağırış qeydə alınıb".
Oxu.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb.