Yolların piyadalara aid hissəsində - səkilərdə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, son günlər səkilərin zəbt edilməsi ilə bağlı çox şikayətlər olur.
Bakuplus.az xəbər verir ki, belə şikayətlərdən biri də sosial şəbəkələrdə yayılıb. Belə ki, qanunsuz parklanmaya görə cərimələrin artırıldığı vaxtda Albert Aqarunov küçəsində səkinin qarşısına şlaqbaum quraşdırılıb. Bu da gediş-gəlişə maneə yaradır.
Sakinlərdən birinin sözlərinə görə, şlaqbaumun yerləşdirildiyi ərazidəki binada restoran və şadlıq sarayı fəaliyyət göstərir.
Adiyyəti qurumlar isə problemi aradan qaldırmağa təşəbbüs göstərmirlər.
