top
Cərrah Sənan Mehdiyevin həbsi ilə bağlı HÜQUQŞÜNASDAN ÖZƏL AÇIQLAMA
27 yanvar 2025, 06:23
- ↺ +

Cərrah Sənan Mehdiyevin həbsi ilə bağlı HÜQUQŞÜNASDAN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün öncə burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. Bu məsələ bir çox həkimləri sarsıdıb. Onlar həmkarlarının həbs olunmasına etiraz edərək, Sənan Mehdiyevə dəstək nümayiş etdiriblər.

Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb oldu. Həkimi günahlandıranlarla yanaşı məyus olanlar da az olmayıb. Bildiriblər ki, heç bir həkim pasiyentinin ölümünü istəməz və s.

Bəs görəsən, hüquqi baxımdan həkim hansı halda həbs edilməlidir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən hüquqşünas Ruslan Mustafazadənin sözlərinə görə, xəstənin hansı səbəbdən ölüm halının baş verməsi ilə bağlı müvafiq ekspertiza təyin olunur:

“Təbii ki, əməliyyat zamanı və ya müalicə prosesində xəstənin vəziyyətinin pisləşməsi, hətta ölüm ilə nəticələnməsi mümkündür. Bu səbəbdən müəyyən sənədlərə əvvəlcədən qol da çəkdirirlər. Ölüm halının olacağı təqdirdə razılıq sənədləri olur ki, şikayət olunmayacaq. Bu tip işlərdə qanunvericiliyin tələbi var. Xəstənin ağır xəsarətlər alması və yaxud da ölümlə nəticələnməsi ilə bağlı hallar olduğu təqdirdə müəyyən araşdırma aparılır, müvafiq ekspertiza təyin olunur.

Ekspertiza müəyyən etməlidir ki, ölümün səbəbi nədir. Əgər səbəb düzgün müalicənin aparılmaması və ya əməliyyatın düzgün həyata keçirilməməsidirsə, bu, həkimin səhlənkarlığı nəticəsində baş veribsə, təbii olaraq həmin həkim məsuliyyət daşıyır. Ekspertiza təyin edir ki, həkimin səhlənkarlığı olub və ya olmayıb. Ekspertiza həkimin məsuliyyətsiz yanaşdığını müəyyən etsə, həmin təqdirdə əlbəttə ki, həkim məsuliyyət daşıyır”.

R.Mustafazadə qeyd edib ki, klinikalar da bu kimi hallarda maddi məsuliyyət daşıyır:

“Belə hal müəyyən edildiyi təqdirdə klinikalar da maddi məsuliyyət daşıyır. Xəstənin yaxınlarının mülki iddia qaldıraraq dəymiş maddi və mədəni zərəri almaq hüquqları vardır”.

“Şəxs barədə cinayəti törətməkdə əsaslı şübhələr mövcuddursa, həmin şəxsin istintaqa təsir etmə, istintaqdan qaçıb gizlənmə və araşdırmaya maneçilik törətmə ehtimalları varsa, onun barəsində həbs qətimkan tədbiri seçilə bilər. Konkret bu işlə bağlı həbs qətimkan tədbirinin seçilməsi üçün hansı əsasların irəli sürülməsin bilmirik. Amma ümumən eyni əsaslar olur.

Düşünürəm ki, şəxs artıq uzun müddətdir həkimlik fəaliyyəti ilə məşğuldur və onun praktikasında ilk dəfədir belə hadisə baş verir. Məhz onun səhlənkarlığı nəticəsində ölüm hadisəsinin baş verib-vermədiyi ekspertiza keçirilmədən məlum olmadığı üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi bir qədər şübhəlidir. Hesab edirəm ki, şəxs barəsində alternativ qətimkan tədbirləri seçilə bilərdi”, - deyə R.Mustafazadə əlavə edib.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər