top
“ChatGPT” yeni funksiyası ilə NƏLƏRİ SIRADAN ÇIXARACAQ? - ÖZƏL AÇIQLAMA
18 dekabr 2024, 05:00
- ↺ +

“ChatGPT” yeni funksiyası ilə NƏLƏRİ SIRADAN ÇIXARACAQ? - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"OpenAI" dünya axtarış sistemləri bazarında "Google"u sıxışdıra bilər. Belə ki, artıq bütün istifadəçilər üçün "ChatGPT" çatbot vasitəsilə internet axtarışı funksiyası işə salınıb. Əvvəllər bu imkan yalnız ödənişli abunəçilər üçün mövcud idi.

Bildirilib ki, axtarışa daxil olmaq üçün xidmətin veb-versiyasında və ya mobil tətbiqdə qeydiyyatdan keçmək, daha sonra "ChatGPT"yə sorğu daxil etmək və "Axtar" düyməsini basmaq lazımdır. Bundan sonra çatbotdan daha ətraflı xülasə almaq və ya axtarışı dəqiqləşdirməyi xahiş etmək olar.

"ChatGPT Search" brauzerdə standart axtarış sistemi kimi təyin edilə bilər, həmçinin çatbot şifahi cavablar verə biləcək.

Maraqlıdır, "ChatGPT" günü-gündən genişləndirdiyi yeni funksiyaları ilə hansı texnologiyaları sıradan çıxaracaq?

Məsələ ilə bağlı Bakuplus.az-a açıqlama verən texnoloq Elvin Həsənov “ChatGPT" və bu kimi digər süni intellekt əsaslı çatbotların inkişafı və xüsusilə də internet axtarışı funksiyasının əlavə olunmasının bir çox ənənəvi texnologiyalara və xidmətlərə təsir edə biləcəyini vurğulayıb:

“Çünki süni intellektin bir deyil, bir neçə əsas istiqaməti var. Çatbotlar artıq yalnız mətn generasiya etməklə məhdudlaşmır. Eyni zamanda, istifadəçiyə daha dəqiq və kontekstə uyğun cavablar da təqdim edir. “Google”, “Bing” kimi ənənəvi axtarış sistemləri əsasən siyahılar və linklər təqdim edir. Amma "ChatGPT Search" kimi çatbotlar konkret cavablar və dərin analizlər təqdim edə bilir. Bu axtarış növü isə istifadəçinin vaxtına qənaət edir və nəticələri daha effektli edir.

Belə ki, “Wikipedia” və digər məzmun platformaları indiyə qədər əsas məlumat mənbələri idi. Amma "ChatGPT" yalnız faktları təqdim etmir, həm də məzmunu konkret sorğu tapşırığına uyğunlaşdırır. Məsələn, istifadəçiyə məlumatı xülasə edir, dərin analiz aparır və yaradıcı həllər təqdim edir.

Bununla yanaşı, çatbotlar fərdi tədris xidmətləri də təqdim edə bilir. Bu isə ənənəvi onlayn tədris resurslarının rolunu azalda bilər. Bu kimi nümunələr saymaqla bitməz həddədir. Düşünürəm ki, "ChatGPT" kimi süni intellekt həlləri ənənəvi xidmətləri sıradan çıxarmaqdansa, onları təkmilləşdirmək və daha effektiv etmək potensialına malikdir. Bu, istifadəçilərin həyatını asanlaşdırır, daha çox yaradıcı olmasına köməklik edir”.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər