Nəsimi rayonu, Bakı zooloji parkın yaxınlığında yerləşən Dədə Qorqud parkında üstü açılmış dərin quyu aşkar edilib. Bu haqda məlumat sosial şəbəkələrdə 7 fevral axşam saatlarında yayılıb.
Sakinlərin sözlərinə görə, quyu azyaşlı uşağın asanlıqla düşə biləcəyi qədər genişdir. Bu sözlərin təsdiqi üçün paylaşımın müəllifi dəliyin fotosunu yerləşdirib.
“Quyunun dərinliyi bir neçə metrdir, içəridə su da var. Ehtimallara görə, həmin quyu su anbarına gedir. Başlıq isə çoxdan çıxarılıb”, – sosial şəbəkə istifadəçisi bildirib.