Paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, Dəmiryol Vağzalının qarşısında kanalizasiya suyu küçəyə axır. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Ötən gündən çirkab su kanalizasiya qapağından daşaraq küçəyə axır, üfunət qoxusu isə vətəndaşları narahat edir.
Adıçəkilən ərazidə bir neçə ictimai iaşə obyektləri fəaliyyət göstərir, həmçinin pik vaxtlarda burada güclü insan axını olur.