Mağazadan alınan daha bir kolbasadan dəmir parçası çıxıb.
Bakuplus.az xəbər verir ki, bu barədə aparıcı Nübar Əbil şəxsi sosial şəbəkə hesabında məlumat yayıb.
Məsələ ilə bağlı əsəbiləşən aparıcı istehsalçı şirkəti təqsirli bilib:
"Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. Bu kolbasanın artıq yarısı yeyilib, bu məsələyə görə "Halal Zəhmət" firması heç məsuliyyət daşıyırmı? Kolbasanın içindən dəmir parçası çıxdı".