top
Dəniz Əsədovanın işçisi uşaq pornoqrafiyasına görə TUTULDU
10 dekabr 2024, 01:21
- ↺ +

Dəniz Əsədovanın işçisi uşaq pornoqrafiyasına görə TUTULDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda uşaq pornoqrafiyasını yayan 24 yaşlı oğlan tutulub.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 2001-ci il təvəllüdlü Zaur Əliyev (ad şərtidir) yetkinlik yaşına çatmayan şəxsin seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını reklam etməyə başlayıb. Zaur “Telegram”da girişi bütün istifadəçilər üçün açıq olmayan “Hunter” adlı qrup yaradıb. Bu qrupu uşaq pornoqrafiyasını əks etdirən videolar olmasını işarə edən sözlərlə reklam verib və qrupa daxil olan hər kəsə 5 manat məbləğində pul ödəmə tələbi qoyub. Həmin vaxt Zaur Əliyev müğənni Dəniz Əsədovanın yanında çalışırmış.

Zaur Əliyev Azərbaycan Respublikası CM-nin 171-1.2.1-ci (uşaq pornoqrafiyasını yaymaq) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Əliyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilməyib. O, ifadəsində göstərib:

“Noyabrın 14-ü Binəqədi rayon Polis İdarəsinin əməkdaşları məni və atamı qeydiyyata alınma üçün idarəyə dəvət etdilər. İdarədə Elnur adlı polisə yaxınlaşdıq. İş bitəndən sonra həyətə çıxdıq. Atam təzədən idarəyə çağırıldı, mən də maşına tərəf getdim. Bu zaman yanımda maşın saxladı, məni məcbur ora əyləşdirdilər və 43-cü polis bölməsinə apardılar. Orada məni məcbur edərək mobil telefonumun şifrəsini istədilər. Lakin mən şifrəni vermədim. Həmin vaxt müğənni Dəniz Əsədovanın yanında işləyirdim. Onun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə ədavəti olmuşdu. Dəniz Əsədovanın əlində olan sübutlar isə mənim telefonumda idi. Buna görə polislər məni saxlamışdı.

Sonra polisə müqavimətə görə mənə inzibati həbs verdilər. Məhkəmə qərarından sonra məni yenidən hədələyib şifrəmi istədilər. Verməsəm, atamın da həbs olunacağını dedilər. Telefonumun şifrəsini verdim”.

Onun sözlərinə görə, 8 sutkalıq həbsi bitdikdən sonra onun telefonunda pornoqrafik videolar tapılıb:

“Həbsim bitdi, polisin yanına gələndə dedi ki, telefonunda pornoqrafik videolar var. Lakin bunu heç kimə satmamışam. Mənə göndərilən pullara görə “Instagram” sosial şəbəkəsində istifadəçilərə izləyici sayını artırmasına kömək etmişəm. İttiham aktında qeyd edilən pullar izləyici sayının artırılması ilə bağlı olub”.

Zaur Əliyevin ibtidai istintaqdakı ilə məhkəmədəki ifadəsində ziddiyyətlər olduğu üçün ilkin ifadəsi zalda elan edilib. İfadədə bütün məsələlər etiraf edilib:

“Texnologiya sahəsində ixtisaslaşmışam. Heç bir yerdə işləmədiyimə görə pul qazanmaq məqsədi ilə “Telegram” kanalında qapalı qrup yaratmağı düşündüm. Həmin qrupa pornoqrafik videolar və fotoşəkillər toplayaraq qrupa müraciət edən şəxsləri ödənişlə qrupa daxil etdim. Pornoqrafik video və fotoşəkillərə baxmalarına şərait yaratdım. İlk dəfə “Randomhsfs” adı ilə kanal açdım. Bununla yanaşı “Hunter” və “Qeyretti_fahişələr” qrupu yaratdım. “Qeyretti_fahişələr” qrupu ödənişsiz idi”.

Həmin ifadələrin məzmunundan görünür ki, Zaur Əliyev ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf edib və işin faktiki hallarına uyğun ifadə verib.

Məhkəmədə dindirilən şahid Azər İsrafilov (ad şərtidir) deyib ki, “Telegram” kanalında “Azəri ifşaları” adlı reklama rast gəlib:

“Həmin reklama daxil olanda ödəniş etməli olduğumla bağlı bildiriş aldım. Telefon vasitəsilə kartdan karta 5 manat məbləğində pul göndərdim, pulu göndərdikdən sonra linkə daxil oldum. Həmin linkdə qabağıma uşaq pornoqrafiyası ilə bağlı videolar çıxdı, bunu görən kimi dərhal baxmadan səhifədən çıxdım”.

Digər şahid Elvin Səfərov (ad şərtidir) ifadə verərkən bildirib ki, sosial şəbəkələrin birində qarşısına reklam çıxdı:

“Reklamın şüarı isə “maraqlı, əyləncəli dünyaya daxil ol” idi. Reklama girəndə “Telegram” kanalı açıldı. Kanala qoşulmaq üçün 10 manat ödəniş etməli idim. Pulu ödəyərək qrupa daxil oldum və gördüm ki, pornoqrafik qrupdur. Dərhal çıxdım”.

Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verilərək Zaur Əliyevin uşaq pornoqrafiyasını yayması sübuta yetirilib. Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Zaur Əliyev cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Zaur Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər