top
DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm
23 noyabr 2024, 05:38
- ↺ +

"DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Çox təəssüf ki, Razi əməliyyata girəndə mənə heç kəs məlumat vermədi. O biləndə ki, əməliyyata girməlidir, ətrafındakılara xəbər edib. Anası da yanında olduğu üçün onunla olub. Hamı da instaqramda gördü ki, əməliyyat zamanı rəfiqələri və anası yanında olub".

Bu sözləri axsam.az-a açıqlamasında bir neçə gün əvvəl ana olan model Razi Əliyevanın ayrılmaq ərəfəsində olduğu həyat yoldaşı Nicat Əliyev deyib. Sualları cavablandıran Nicat övladının doğulmasından xəbərsiz olduğunu bildirib:

"Uşaq doğulanda telefonuma tanımadığım nömrədən mesaj gəldi ki, oğlum olub və adı Mikayıldır, şüşəyə yerləşdirilib. Razi xanım vaxtından əvvəl doğuş edib. Həmin şəxs özünü uşağın dayəsi kimi təqdim etdi. Uşağımın adından belə xəbərim yox idi. Razinin uşağa hansı adı qoymaq istədiyini ortaq tanışlarımızdan eşitmişdim.

Doğuşun belə tez olması məni qorxutdu. Çünki körpə yanvarın sonunda dünyaya gəlməli idi. Xəbəri öyrənən kimi xəstəxanaya getdim və doğuşu qəbul edən həkimlə danışdım. Bildirdi ki, həmin gün səhər Razi diaqnostikaya gəlib və yoxlanışdan sonra məlum olub ki, onu dərhal əməliyyat etmək lazımdır. Ona görə də uşaq hamiləliyin 32-ci həftəsində dünyaya gəlib".

Nicat əlavə edib ki, o, Razini görmək istəyəndə xəstəxana işçiləri imkan verməyib:

"Həkim dedi ki, Razi də özünə gəlib. Uşaq sağlam doğulub, amma bir neçə həftə orada qalmalıdır. Anam da nəvəsini görmək üçün xəstəxanaya yaxınlaşdı. Mən, anam və əllərində gül olan iki köməkçi palataya yaxınlaşmaq istəyəndə xəstəxana işçiləri qabağımızı kəsdi. Dedilər ki, Razi məni nə palataya buraxmaq istəyir, nə də görmək. İşçilərə dedim ki, onun qanuni həyat yoldaşıyam, etdikləri qeyri-qanunidir. Bundan sonra onlar mənə içəri keçməyə icazə verdilər. Razi işarə etdi ki, məni görür, amma danışmaq istəmir. Anam da onun halını soruşdu, biz uşağı görməyə getdik. Uşaq şüşədə olduğu üçün onu ancaq aralıdan izləyə bildik. Bundan sonra da Razi mənimlə ancaq dayə vasitəsi ilə əlaqə yaradıb".

N.Əliyev bir müddət əvvəl verdiyi müsahibə ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, insanlar onun pul qarşılığında belə açıqlama verdiyini düşünüb:

"Hamı elə bilir hər şey şoudur, uşağın atası isə başqa adamdır. Hətta çoxları yazır ki, uşağın atasının kimliyini bilirlər. Hamıya bildirmək istəyirəm ki, bizim evliliyimiz həqiqidir. Biz bir ailə olaraq yaşamışıq, əminəm ki, uşaq mənimdir. Bütün şübhələri yox etdirmək üçün mən DNT analizi edəcəyəm. Bunun cavabını isə mediada açıqlayacağam. Sadəcə, indi ən əsas məqam uşağın və Razinin sağlamlığıdır. Uşaq xəstəxanadan çıxan kimi bununla məşğul olacağam".

Nicat rəsmi boşanıb-boşanmamaları haqda da danışıb:

"Hələ yox. Məhkəmənin birinci iclası bu ayın 25-nə təyin edilib. Məncə, uşaq Razidən ağıllıdır, qanuni nikahdan doğulmaq istəyib (gülür). Ümid edirəm ki, uşağın anadan olmasını nəzərə alaraq məhkəmə bizi boşamaz. Çünki Razi xanımın boşanmağa tələsməyinin yeganə səbəbi məni uşaqdan ayırmaqdır. Mənim isə tək istəyim uşağımı böyütmək və ona lazımi tərbiyəni verməkdir. Onun ilk addımlarını görmək, sözlərini eşitmək istəyirəm. Hər zaman övladımın yanında olacağam və çalışacağam düz mühitdə böyüsün".

Qeyd edək ki, Nicat Razinin boşanmaq üçün iki vəkil tutduğunu deyib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər