İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında çəkilişlər zamanı istifadə olunan dronun səhvən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən vurulduğunu deyib.
Qafqazinfo.az məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb.
Xidmətin Mətbuat Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.