Ayın 25-də Aktauda baş vermiş təyyarə faciəsində həyatını itirənlərdən ikisi Bakının Əmircan kəndinin sakinləridir.
Bildirilir ki, Bakının Əmircan qəsəbəsində iki ailə yaxınlarının cənazəsini gözləyir.
İmran Əhmədova qardaşının qəzaya düşməsi barədə qohumları xəbər verib. O deyir ki, hamılıqla hadisənin şokundan hələ çıxa bilmirlər.
Faciədə həlak olanlardan digər Əmircan sakini Faiq Mustafayevdir.
Daha ətraflı Xəzər TV-nin süjetində: