top
Evlərimizə çirkli su verilir? - RƏSMİ CAVAB + VİDEO
26 mart 2025, 06:29
- ↺ +

Evlərimizə çirkli su verilir? - RƏSMİ CAVAB + VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər sosial şəbəkələrdə mənzillərdəki krandan gələn suyun çirkli olması ilə bağlı videolar yayılır.

Bakuplus.az-ın əməkdaşı məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Ceyhun Musaoğlu bəzi yaşayış məntəqələrində içməli suyun standartlara uyğun olmaması, su borularından çirkli su gəlməsi ilə bağlı iddialara cavab verib.

O bildirib ki, içməli suda infeksiya olması ilə bağlı məlumat əsassızdır, heç bir təsdiqini tapmayıb:

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Respublika Gigiyena və Epidemioloji Mərkəzi ilə birgə iki plan hazırlayır. Birinci plan suyun keyfiyyətinə nəzarəti, ikinci plan su anbarlarının yuyulması və zərərsizləşdirilməsi prosesini özündə əks etdirir. Həmçinin bu plana mənbənin özündən də ümumi analiz götürmək daxildir.

Əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir.

Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür.

Emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür.

Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq Ceyranbatan içməli su fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır. Qeyd edək ki, şikayətlərin motivinə uyğun olaraq götürülən su nümunələrinin sayı arta da bilir”.

Həmçinin qurumdan o da deyilib ki, su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır və nəticələrdə müəyyən göstəricilər normalara uyğun olmazsa, anındaca müdaxilə edilir, problem aradan qaldırılır.

C.Musaoğlu sözügedən məsələdə MTK-ların nə etməli olduğu barədə də danışıb.

Onun sözlərinə görə, 2 mindən çox mənzil-tikinti kooperativlərinin və digər iaşə obyektlərinin də özlərinə məxsus su anbarları var.

"Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartına uyğun olaraq anbarlar mexaniki çöküntülərdən yuyulub təmizlənməli və zərərsizləşdirilməlidir. Apardığımız araşdırmalar onu göstərir ki, əksər anbarlarda bu prosedurlara əməl olunmur. Hətta uzun müddət yuyulmayan su anbarları da var. Bu da abonentlərin narazılığına səbəb olur. Gün ərzində suyun keyfiyyətli ilə bağlı müraciət daxil olursa, əksəriyyəti MTK-larda yaşayan sakinlərin şikayətləridir”.

Bildirilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yerlərdəki nəzarət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir və kompleksdaxili su kommunikasiya sistemləri, nasosxanalar, paylayıcı su xətləri və su anbarlarına sanitar gigiyenik nəzarət MTK-ların üzərinə düşür.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər