Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına şortiklə giriş qadağandır. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, mədəniyyət ocağından bildirilib ki, konsertlərə şortiklə gəlmək daxili qaydalara görə olmaz:
“Bir neçə il bundan öncə filarmoniyanın direktoru əsasnamə təsdiqləmişdi. Bu qaydalar filarmoniyanın həm yuxarı, həm də aşağı girişində yazılıb. Məsələ ilə bağlı qeydlər var.
Filarmoniyaya “şortik” və “vyetnamka” (çəkələk) ilə daxil olmaq qadağandır. Orada klassika nümayiş olunur. Kiminsə “şortik”lə konsertə gəlməsi düzgün deyil. Daxili qaydadır”, - deyə filarmoniyadan bildirilib.
Buna baxmayaraq, qadınların içəri şortiklə girişinə icazə verildiyi iddia olunur. Mədəniyyət evindən bununla bağlı deyiblər ki, məsələ araşdırılacaq.