top
Həbsdən azad olunan sabiq başçının arvadı Şüvəlandakı bağa görə məhkəməyə üz tutdu
03 aprel 2025, 08:36
- +

Həbsdən azad olunan sabiq başçının arvadı Şüvəlandakı bağa görə məhkəməyə üz tutdu

Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovun həyat yoldaşının şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, sabiq icra başçısının həyat yoldaşı Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin qaytarılmasını tələb edir.

Həmin torpaq sahəsi Ceyhun Cəfərov korrupsiya əməllərinə görə həbs olunduqdan sonra bu və digər əmlakları xüsusi müsadirəyə götürülüb, üzərlərinə həbs qoyulub.

Şikayətçi məhkəmədən xahiş edib ki, Ceyhun Cəfərov barəsindəki hökm həyətyanı torpaq sahəsinin xüsusi müsadirə edilməsi hissədə ləğv edilsin və əmlak üzərində olan həbsi götürülsün. Apellyasiya instansiyası şikayətin dəlillərini araşdıraraq əsassız olması qərarına gəlib, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Ceyhun Cəfərov 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Həbsindən sonra Ceyhun Cəfərovun müsadirəyə götürülən mal-mülk siyahısı da ictimailəşdirilmişdi.

Müsadirə edilən əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi

Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi

Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri

Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m. qeyri-yaşayış binası

Ceyhun Cəfərov və suç ortaqları Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Sonradan Ceyhun Cəfərovun dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdiriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirdi. Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.

Ceyhun Cəfərov və Tacəddin Novruzova qarşıdakı 2 il 6 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Oxşar xəbərlər