top
Həkimlər istintaqa cəlb edildi - FOTO 
04 aprel 2025, 05:01
- ↺ +

Həkimlər istintaqa cəlb edildi - FOTO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublika Endokrinoloji Mərkəzində baş verən qanuna zidd əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

Trend.az xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar - Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Oxşar xəbərlər