Hamiləliyin onlayn izlənilməsi modulu hazırlanır.
Xezerxeber.az xəbər verir ki, yeni proqram gələn ilin ilk aylarında fəaliyyətə başlayacaq və hamilə qadınlar nəzarətə götürüləcək. Bununla da ana və körpələrin sağlamlığının qorunması prosesi daha da gücləndiriləcək.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, son illər həm regionlarda, həm də paytaxtda ilkin səhiyyə mərkəzlərinə müraciət edənlər arasında ana və uşaqlar üstünlük təşkil edir. Buna əsasən qadın məsləhətxanalarında fəaliyyətinin gücləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.