top
Hərbi xidmətə çağırışla bağlı digər dəyişikliklər də edilə bilər - ÖZƏL AÇIQLAMA
13 dekabr 2024, 02:23
- ↺ +

Hərbi xidmətə çağırışla bağlı digər dəyişikliklər də edilə bilər - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda təklif olunan dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaş həddi 35 yaşdan 30 yaşa endirilir. Əvvəlcə qüvvədə olan qanuna əsasən, çağırışçılar 18 yaşından 35 yaşınadək kişi cinsli Azərbaycan vətəndaşları idi, amma dəyişikliklə bu yaş həddi 30-a endirilir.

Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaqlar.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, hərbi xidmətdən keçmə haqqında qanunvericilikdə dəyişiklik edilməsi müzakirə mövzusu idi:

“Artıq bir müddətdir ki, Azərbaycanda müxtəlif strukturlarda, qurumlarda və mediada hərbi xidmətdən keçmə haqqında qanunvericilikdə dəyişiklik edilməsi müzakirə mövzusu idi. Bununla bağlı müxtəlif təkliflər və fikirlər də var idi. Hazırda da var.

Xidmətdə yaş həddinin 35-dən 30-a endiriliməsi də bu müzakirələrdən biri idi. Təbii ki, bu dəyişiklikdə iki istiqamət var. Biri müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına, digəri isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - gizirlər və miçmanlara aiddir”.

R.Məmmədli qeyd edib ki, Azərbaycanda çağırışçıların həqiqi hərbi xidmətə çağırılması ilə bağlı digər dəyişikliklər edilməsi gözləntiləri də var:

“Dəyişikliklər həm xidmət müddəti, həm də yaş həddi ilə bağlı ola bilər”.

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər