top
“Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm” - Şübhəli şəxs
14 aprel 2025, 02:27
- ↺ +

“Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm” - Şübhəli şəxs

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunub.

Ahıl yaşında haqsız yerə mühakimə edildiyini düşünən vətəndaş qafqazinfo.az-a müraciət edib. Onun sözlərinə görə, ittiham edildiyi hallar üzrə əleyhinə heç bir mötəbər sübut təqdim olunmayıb. N.Xudaverdiyev işinin xüsusilə Məhkəmə-Hüquq Şurası tərəfindən nəzarətə götürülməsini istəyir.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxs “Our Orchards” MMC-nin idarə heyətinin sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu gün Xudaverdiyev məhkəmənin ədalətli hökm çıxaracağına ümid edir: “Özünü zərərçəkmiş kimi təqdim edən köhnə dostum müxtəlif vasitələrlə məhkəməyə təsir etməyə çalışır. Hətta bunu çəkinmədən açıq şəkildə dilə gətirir. Məhkəmə də bu hərəkətlərinə görə ona irad bildirir. Mən heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm. Əleyhimə heç bir mötəbər sübut təqdim olunmayıb. Zərərçəkmişin istintaqda və məhkəmədə müxtəlif ifadələr verməsi, şahidlərin əvvəl başqa, məhkəmədə isə başqa cür danışması, eyni zamanda sənəd saxtalaşdırma ilə bağlı irəli sürülmüş ittihamın əsassızlığını sübut edən ekspert rəylərinin mövcudluğu bunun bariz nümunəsidir. Ekspertiza müəyyən edib ki, həmin sənəddəki imzaların heç biri mənə məxsus deyil, amma yenə də ittiham tərəfi əksini iddia edir”.

Müttəhimin vəkili Esmira Tağıyeva isə müdafiə çıxışına hazırdır. Xanım vəkilin sözlərinə görə, əllərində müvəkkilinin təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar var, növbəti iclasda onlar tək-tək məhkəməyə təqdim ediləcək: “Elə prosesin gedişini tamamilə dəyişə biləcək sübutlarımız var. Həmçinin biz əlavə şahidlərin hakim qarşısında dindirilməsini istədik. Bu vəsatətimiz də təmin edilib. Lakin müvəkkilimin də dediyi kimi istintaq və məhkəmə mərhələsində müşahidə etdiyimiz təzyiqlər bizi ciddi şəkildə düşündürür. Narahatıq ki, bəzi təzyiqlər nəticəsində 71 yaşlı bir insanın ömrünün son illəri həbsdə keçə bilər. Bu da təkcə hüquqi yox, həm də mənəvi faciə olar”.
Cinayət işini hazırda Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər araşdırır. Müdafiə tərəfi ümid edir ki, məhkəmə bu mürəkkəb prosesin sonunda ədalətli hökm çıxaracaq və haqsızlığa yer olmayacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Oxşar xəbərlər