Abşeron rayonunun Hökməli qəsəbəsinin sakinləri Şamaxı yolunun qəsəbəyə dönən hissəsindəki arakəsmədən şikayətçidirlər.
Bakuplus.az xəbər verir ki, qəsəbəyə dönərkən baş yoldan gələn maşınların keçməsi üçün dayanıb gözlənilməlidir. Ancaq arakəsməyə əkilən ağaclar, güllər avtomobilləri görməyə imkan vermir. Nəticədə təhlükəli qəza halları baş verir.
Sakinlər ağacların döngədən çıxarılmasını tələb edir.
