top
Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - Avtobus dayanacağını küçə itləri bürüdü + VİDEO 
12 mart 2025, 06:20
- ↺ +

Hövsan sakinləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT - Avtobus dayanacağını küçə itləri bürüdü + VİDEO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın müxtəlif ərazilərində sahibsiz itlərin sayı durmadan artır. Belə ərazilərdən biri də Suraxanı rayonu, Hövsan qəsəbəsidir. Qəsəbənin demək olar ki, hər tərəfini, xüsusilə bağlar massivini küçə itləri bürüyüb. Məktəb həyətləri, binaların qarşısı, zibil yeşiklərinin yanı, eləcə də boş və kənar ərazilərdə sahibsiz itlər sürü ilə gəzir. Bu təhlükə nəinki azyaşlıların, elə böyüklərin də kabusuna çevrilib.

Bu günlərdə qəsəbənin Yeddi gözəl parkı ərazisinə yaxın dayanacağın ətrafında küçə itlərinin sürü ilə insanlara hücum etməsi məsələni bir daha aktuallaşdırıb. Sakinlərin sözlərinə görə küçə itləri ilə bağlı hər gün eyni vəziyyət yaşanır. Dayanacaqda itlərin əlindən rahat hərəkət etmək və avtobusa minmək olmur. Əldə hər hansı yük olanda isə itlər sürü ilə arxalarınca düşür.

Digər sakinlər isə azyaşlı övladlarına görə narahat olduqlarını bildiriblər. Dediklərinə görə, uşaqlarını tək məktəbə göndərə bilmirlər. Dəfələrlə itlər onların üstünə hücum edib və yaxınlıqdakı insanların köməyi ilə təhlükədən qoruna biliblər.

Suraxanı rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Bizim.media-nın sorğusuna cavab olaraq bildirildi ki, tədbirlər görülməkdədir:

“Sakinlərin “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin “1921” qaynar xəttinə müraciətləri əsasında Mərkəz tərəfindən bu istiqamətdə rayonda profilaktik işlər aparılır. Lakin buna baxmayaraq rayonun inzibati ərazisində sahibsiz heyvanların sayının artması səbəbindən, eyni zamanda, sakinlər tərəfindən ünvanlanan müraciətləri nəzərə alaraq  RİH tərəfindən bu problem nəzarətdə saxlanılaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə mütəmadi müraciətlər ünvanlanır” - deyə qurumdan bildirilib.

Hövsan bələdiyyə sədri Seymur Rəsulovun isə cavabı qəribə olub. O, deyib ki, məsələ ilə bağlı bələdiyyəyə heç bir şikayət daxil olmayıb:

“Küçə itləridir, pişikləridir - ümumiyyətlə bunlara toxunmaq olmaz. Ona görə də biz aidiyyəti qurumlara bildirməliyik və onlar da gəlib yoxlayıb tədbir görməlidir. Biz öz tərəfimizdən də lazimi tədbirlər görəcəyik, məsələyə laqeyd yanaşmayacağıq. İnsanların təhlükəsizliyi bizim üçün olduqca vacibdir”, - deyə bələdiyyə sədri bildirib.

Son xəbərlər

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Oxşar xəbərlər