III qrup üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticəni paytaxt məktəblisi göstərib. Bu haqda BakuPlus.az bu gün, 7 iyun tarixində xəbər verir.
Yasamal rayonu, 286 saylı məktəbin şagirdi Nəcməddin Orucov 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticəni əldə edib.
O, ilk imtahanda maksimal - 300, 2-ci imtahanda isə 387,3 bal toplayıb.