top
İlin səs-küylü cinayətləri, hadisələri: 2024-də nələr yaşamışıq?
31 dekabr 2024, 02:50
- ↺ +

İlin səs-küylü cinayətləri, hadisələri: 2024-də nələr yaşamışıq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İli başa vurmağımıza artıq saatlar qalıb. Hər il olduğu kimi bu il də ölkəni sarsıdan, yaddaşlarda qalan və günlərlə danışılan hadisələr baş verib.

Bakuplus.az 2024-cü ildə ölkənin gündəmini zəbt edən, böyük rezonans doğuran hadisələrin icmalını təqdim edir:

Əjdaha ilinin ilk hadisəsi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi”ndə baş verdi. Mərkəzdə baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb. Müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

İlin ikinci dəhşətli hadisəsi yanvarın 16-da Binəqədidə yerləşən sexdə baş verən partlayış oldu. Partlayış nəticəsində 9 nəfərin meyiti tapıldı. 24 nəfər isə xəsarət aldı.

Bu günə qədər gündəmdə qalan ən dəhşətli qətl hadisəsini fevralın 16-da Əhməd Əhmədov törətdi. Əhməd bütün ailə üzvlərini amansızlıqla balta ilə doğradı. İkisi azyaşlı olmaqla 5 nəfəri qətlə yetirən Əhməd anlaqsız olduğu üçün həbs edilmədi. Ömrünün qalan hissəsini Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında keçirəcək.

Qalmaqallı, uzun müddət davam edən məhkəmə prosesində olan Əvəz Zeynallının istintaqı bu il yekunlaşdı. Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallıya 9 il həbs cəzası verildi. Hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qərara əsasən, Əvəz Zeynallının cəzası 2 ay müddətində azaldıldı.

Balta ilə törədilən digər cinayət iyun ayının 22-də Xalq artisti Ağadadaş Ağayev tərəfindən qeydə alındı. Məlum olub ki, Ağadadaş Ağayev səhhəti pisləşdiyi üçün yaşadığı binanın həyətində yerləşən özəl klinikadan evə həkim göndərilməsini istəyib. Amma mühafizəçi rədd cavabı verdiyi üçün məşhur müğənni həyətə düşərək Nurəddin Cəlilova balta atıb.

Bu il sentyabrın 24-də Biləsuvarda toy karvanı ağır yol qəzası etdi. Hadisə nəticəsində 4 nəfər ölüb. Məlumata görə, ölənlər toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

2024-ün ən gözlənilməz hadisələrindən biri isə oktyabrın 22-də oldu. Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə su yığıldı. Bunun nəticəsində vaxtında körpünün altını tərk etmədiyi üçün su altında qalan "Ford" markalı minik avtomobilində olan iki nəfər həyatını itirdi.

Bu il 18 plastik cərrahın diplomsuz olduğu da aşkarlandı. Bununla bağlı xaricdə yaşayan aparıcı Qənirə Ataşova sosial şəbəkədə məlumat yaydı. Faktla bağlı Baş Prokurorluq, TƏBİB və Səhiyyə Nazirliyinin birgə araşdırması davam edir.

Bundan başqa, gündəm olan hadisə bloqer Nərmin Bəylər qızı Mehdiyevanın meyitinin yaşadığı evdə tapılması idi. Onun bədənşəkilləndirmə əməliyyatından sonra vəziyyətinin pisləşdiyi deyilir. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.

İlin son səs-küylü həbsləri isə İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşe, polkovnik-leytenant Qəhrəman Məmmədov və Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA” Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçi ilə bağlı oldu. Dəmirçi nəzarət şəraitində azadlığa çıxsa da, Qəhrəman həbsdə qaldı.

İlin son ayının səs-küylü hadisələrindən biri də azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun saxlanılması oldu. Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli şəxs qismində saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər. Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib. Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.

İlin ən sarsıdıcı, insanların yaddaşında silinməyəcək hadisəsi dekabrın 25-də qeydə alındı. Belə ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Qəza nəticəsində 38 nəfər həlak oldu, 29 sərnişin yaralandı. Bu hadisə ilə bağlı dekabrın 26-da ölkədə matəm günü elan olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar. Həmçinin, qəza zamanı xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.

2025-ci ilin sakit, sülh və daha çox xoş xəbərlərlə dolu olmasını arzu edirik. Bayramınız mübarək!

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər