Paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, Metronun “28 may” stansiyası yaxınlığında yerləşən tarixi binanın fasadları bərpa olunur. Bu haqda bu gün, 1 oktyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
96 il əvvəl inşa edilən köhnə “Sabunçu” Dəmiryolu vağzalının binası üzərindəki reklam lövhələri sökülüb.
Tarixi tikili Dövlət tərəfindən qorunan abidələrin siyahısına əlavə edilib və nəzarətə götürülüb.