top
Klinika 37 yaşlı kişini necə öldürüb? – Xanımı danışdı
28 yanvar 2025, 02:08
- ↺ +

Klinika 37 yaşlı kişini necə öldürüb? – Xanımı danışdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.

Axar.az məlumat verir ki, mərhumun həyat yoldaşı müraciət ünvanlayıb və Ceyhun Süleymanovun ölümü ilə bağlı bəzi məlumatları paylaşıb.

“Yoldaşım, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də səhər saatlarında Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşım “Stimul” klinikasına müayinə olunmaq məqsədilə gedib. Klinikada narkoz həkimi olmadığı üçün onu həmin ərazidə yerləşən “Medilife” klinikasına yönləndirirlər. Həmin klinikada heç bir analiz edilmədən, həkim yoxlanışı aparılmadan dərhal yoldaşımın bağırsağını 3-4 dəfə yuyurlar.

Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edib deyib ki, klinikadadır və vəziyyəti yaxşıdır, bağırsaqları tam yuyulandan sonra evə qayıdacaq. Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Daha sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə, evlə danışandan sonra yenə bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs, xəstə ayılmır.

21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qurumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədar bu işi aparan Sabunçu Rayon Prokurorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladım və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə etinasız və laqeyd yanaşılmasın. Bu ölüm işində təqsirkar və səbəbkar olan hər kəs araşdırılaraq cəzalandırılsın.

Mənim səhhətimlə bağlı problemlərim var, heç bir yerdə işləmirəm. Qayınatam və qayınanam ağır xəstədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə kömək edəsiniz ki, 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin".

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər