top
“Kosmetoloji prosedurların nəticəsini dərhal gözləmək yanlışdır” - Kosmetoloq ilə ÖZƏL MÜSAHİBƏ
08 aprel 2025, 05:27
- +

“Kosmetoloji prosedurların nəticəsini dərhal gözləmək yanlışdır” - Kosmetoloq ilə ÖZƏL MÜSAHİBƏ

Bakuplus.az-ın bugünkü müsahibi kosmetoloq Zümrüd Rəhimovadır.

Müsahibəni təqdim edirik:

- Artıq yaz fəslindəyik. Yazda qadınlarımız üz dərilərinə necə qulluq etməlidirlər? Ümumiyyətlə dəriyə uyğun qulluğun tipini necə müəyyən etmək olar?

- Yazda dəriyə qulluq vacibdir. Dəri daha çox günəşin təsirinə məruz qaldığı üçün SPF tərkibli kremlər, yüngül nəmləndiricilər və antioksidant serumlar tövsiyə olunur.

- Hazırda ən çox tələbat olan kosmetik prosedurlar hansılardır?

- Botoks, dolğu, mezoterapiya, karbon pilinq və dərinin təmizlənməsi - bu proseduralara daha çox tələbat var.

- Ev şəraitində dərinin tipini müəyyən etmək olarmı? Evdə cild baxımını düzgün aparmaq üçün hansı əsas addımları tövsiyə edirsiniz?

- Dəri tipinin evdə müəyyənləşdirilməsi mümkündür. Bunun üçün səhər yuyunduqdan sonra üzə heç nə çəkmədən 2 saat gözləyib, dəriyə toxunaraq yağlı, quru və ya qarışıq olduğunu müəyyən etmək olar.

- Ev şəraitində hansı maskalardan hazırlayıb istifadə etmək olar? Ev şəraitində duzla zeytun yağını və ya şəkər tozu ilə limonu qarışdıraraq üz təmizləyicisi kimi istifadə edirlər, bu doğrudurmu?

- Ev maskalarından bal + yoğurt, yulaf + bal, qara gil maskaları uyğundur. Duz və şəkər ilə edilən skrablar isə çox həssas dəri üçün uyğun deyil.

- Cilddə yaranan ləkələr və piqmentasiyalar üçün ən effektiv müalicə metodları hansılardır? Üzü təmizləmək üçün bəzi xanımlar pilinqlərdən istifadə edirlər. Onlara hansı məsləhəti verərdiniz?

- Ləkə və piqmentasiyaya qarşı retinol, C vitamini, kimyəvi pilinqlər və lazer prosedurları effektivdir. Pilinqləri həftədə 1 dəfədən artıq etməmək məsləhətdir.

- Kosmetologiya ilə bağlı ən çox qarşılaşdığınız səhvlər və pasiyentlərin yanlış düşüncələri hansılardır?

- Evdə özbaşına prosedur etmək, dərisini düzgün tanımamaq və məhsulları dermatoloqa məsləhətləşmədən istifadə etmək olmaz. Kosmetoloji prosedurların nəticəsini dərhal gözləmək və eyni məhsulu hər kəs üçün uyğun hesab etmək də yanlış yanaşmalardır.

- Botoks, dolğu prosedurlarını hansı yaşlarda və hansı vəziyyətlərdə tövsiyə edirsiniz?

- Mimiki qırışlar 25-30 yaşdan sonra başlayırsa, botoks edilə bilər. Dolğu isə dərin qırışlar və ya həcim itkisi olduqda tətbiq olunur.

- Hamiləlik dövründə kosmetoloq yanına getmək olarmı?

- Hamiləlikdə bəzi prosedurlar (masaj, təmizləmə) icazəlidir, amma kimyəvi pilinq, botoks və lazer qadağandır.

- Müştərilər daha çox hansı prosedurlar üçün müraciət edir?

- Yaş qruplarına görə prosedurlar dəyişir. Gənclər təmizləmə və sızanaq müalicəsinə, orta yaşlılar anti-aqinq prosedurlarına, yaşlılar isə liftinq və dolğulara üstünlük verirlər.

- Kosmetologiya sahəsində az tanınan prosedurlar hansılardır?

- Az tanınan prosedurlar – plazmaterapiya, bio-revitalizasiya, mikronidlinqdir.

- Hansı estetik prosedurlar kişilər arasında daha populyardır?

- Üz təmizlənməsi, saç tökülməsi əleyhinə mezoterapiya, botoks (alın və göz ətrafı üçün) kişilər üçün populyar prosedurlar arasındadır.

- Dərini nəmli saxlamaq üçün nə etmək lazımdır? Nəmləndirici vasitələrdən necə istifadə etmək olar?

- Gün ərzində 2 litr su içmək, yüngül nəmləndirici və qurutmayan təmizləyicilərdən istifadə etmək dərini nəmləndirir.

- Yaşlanmaya xas olan qırışların qarşısını almaq üçün nə etmək lazımdır?

- SPF-dən istifadə, mimiki hərəkətləri azaltmaq, antioksidantlı məhsullar və botoks ilə qırışların qarşısını almaq olar.

- Maskalarla qırışların qarşısını qismən almaq olarmı?

- Maskaların dərin qırışlara tam təsiri yoxdur, lakin nəmləndirmə və elastiklik baxımından faydalıdır.

- Bəzi qadınlar gecə makiyajı təmizləmədən yatırlar, bunun dəriyə hansı zərərləri var?

- Dəri nəfəs ala bilmir, məsamələr tıxanır, sızanaq və erkən yaşlanma riski artır.

- Biz əsasən qadınlardan danışırıq, bəs kişilər necə, nəyə diqqət etməlidirlər?

- Üz təmizliyi, nəmləndirmə və günəşdən qoruyucu vasitələr kişilər üçün də vacibdir.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:20

Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəlib

Xəbər
Dünən, 16:20

Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:20

Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbər
Dünən, 14:35

"Sabah"ın baş məşqçisi püşkatmanı dəyərləndirdi: 2 oyunda hər şey baş verə bilər

Xəbər
Dünən, 14:20

Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü

Xəbər
Dünən, 13:20

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Xəbər
Dünən, 12:20

Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı

Xəbər
Dünən, 11:20

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Xəbər
Dünən, 10:20

Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq

Xəbər
Dünən, 09:20

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

Xəbər
18 iyun 2026, 18:00

Abşeronda 19 min manatlıq oğurluq edildi

Xəbər
18 iyun 2026, 18:00

"Saatlarla park yeri axtarırıq" – "Park Yasamal" sakinləri narazıdır

Xəbər
18 iyun 2026, 17:30

Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu

Xəbər
18 iyun 2026, 16:38

Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?

Xəbər
18 iyun 2026, 16:30

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etdi – Həbs olundu

Xəbər
18 iyun 2026, 15:52

Bakının ən təmiz çimərlikləri AÇIQLANDI

Xəbər
18 iyun 2026, 15:30

Flora Kərimovanın SON DURUMU açıqlandı

Xəbər
18 iyun 2026, 14:30

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib

Xəbər
18 iyun 2026, 13:38

Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU

Xəbər
18 iyun 2026, 13:20

Bakıda kişi arvadının dayə kimi işlədiyi evi taladı

Xəbər
18 iyun 2026, 12:20

DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

Xəbər
18 iyun 2026, 11:26

Azərbaycanda əhalinin sayı açıqlandı

Xəbər
18 iyun 2026, 10:26

Qan Bankının rəhbəri: Aşura günü toplanan qan ölkənin 2 aylıq ehtiyacını qarşılayır

Oxşar xəbərlər