Nəsimi rayonu, Kubinka adlandırılan ərazidə kələ-kötür yollar burada yaşayan sakinləri narahat edir. Bu haqda 21 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, yollar narahatdır, asfalt yolu sıradan çıxmış vəziyyətdədir. Avtomobillərin intensiv hərəkət etdiyi Fuad İbrahimbəyov və Subhi Salayev küçələrində asfalt örtüyü dağılıb. Bundan əlavə avtomobil yolunun altından keçən kanalizasiya borusu partlayıb və su üzə çıxaraq gölməçələr yaradıb.
“Asfalt yolunda hər yerdə çuxur var. Yağış yağanda gölməçələr yaranır. Biz sadəcə istəyirik bu yol ya təmir edilsin, ya da ən azından çuxurlara yamaq vurulsun ki, avtomobillərin gediş-gəlişi rahat olsun”, - sakinlərdən biri bildirib.
[URIS id=30522]