top
Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT
28 mart 2025, 13:50
- ↺ +

Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində, kirayədə yaşaması məlum olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında “Cherry” markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib, baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orda cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.

Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.

İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra ordan çıxıb:

“16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da  Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.

Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova “camaatın ana- bacısının burdan keçdiyini” söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.

Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona “daşı yerə atmasını” bildirdim. Lakin, Elşən “bıçağı açmısansa, vurmalısan” deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Əmirov ifadəsində göstərib ki, oğlu Elşən Əmirov 49 nömrəli marşrut avtobusunda sürücü işləyib:

“Dekabrın 23-də oğlumu soruşanda Ehtiram Əsədov dedi ki, Elşəni Ramana tərəfdə, yolun kənarında düşürüb evinə gedib. Ayın 24-ü gecə saat 2 radələrində polis əməkdaşı zəng edib, məni 31-ci Polis Bölməsinə dəvət etdi. Orda mənə bildirdilər ki, Elşən qətlə yetirilib”.

Şahid Ehtiram Əsədov bildirib ki, dekabrın 23-ü saat 11 radələrində iş yoldaşı Elşən Əmirovla görüşüb:

“Özümün idarə etdiyim “Cherry” markalı avtomobillə birlidə 136 nömrəli marşrut avtobusunun axırıncı dayanacağına, yəni Şüvəlan qəsəbəsində “QRES” deyilən əraziyə, daha sonra 49 nömrəli avtobusunun sonuncu dayanacağına getdik. Saat 18 radələrində Elşən mənə Şəlalə adlı tanışı ilə bir neçə dəqiqəlik görüşmək istədiyini dedi. Ramana qəsəbəsində yerləşən poçt şöbəsinin yanında Şəlalə avtomobilimə əyləşdi və bir az getdikdən sonra mən cəzaçəkmə müəssisəsini keçəndən sonra yolun kənarında maşını saxladım. Elşən Şəlalə ilə cinsi əlaqədə olmaq istəyirdi, onlar arxa oturacaqda bir qədər qucaqlaşıb, öpüşdülər. Həmin vaxt tanımadığımız 2 nəfər maşının içərisinə baxa-baxa keçib, ağaclığa doğru uzaqlaşdılar. Onlara əhəmiyyət vermədik.

Elşən mənə “5-dəqiqəlik maşından düş, qızla söhbət edim” dedi. Hava soyuq olduğu üçün ona maşından düşməyəcəyimi söyləyəndə, Elşən avtomobildən düşüb, təxminən 10 metr aralandı və əli ilə işarə edib qadını yanına çağırdı. Şəlalə maşından düşərək onun yanına getdi. Amma 2-3 dəqiqə keçən kimi Elşən qaça-qaça maşına tərəf gəldi. Elşən qabaq, Şəlalə isə arxa oturacaqda əyləşdilər. Arxalarınca gələn iki nəfər maşının qabaq qapısını açıb Elşənə dedilər ki, maşından düşsün. İş yoldaşım avtomobildən çıxaraq, onlarla mübahisə etməyə başladı. “İnsanların keçdiyi ərazidə cinsi əlaqədə olması ilə bağlı” irad bildirəndə, Elşən onlara qadınla sadəcə söhbət etdiyini və artıq hərəkətlər etmədiyini bildirdi. Amma Elnur Məmmədov Elşənə “yalan danışma, sən qızı ağaclığa elə-belə aparmamısan” dedi. Onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa oldular. Elçin Həsənov yumruqla, Elnur Məmmədov isə bıçaqla Elşənə zərbələr vurdu. Sonra onlar üzü Yeni Ramana qəsəbəsi istiqamətində qaçdılar. Elşən sağ əli ilə yerdən daş götürüb, bir qədər arxalarınca qaçdı”.

Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Elnur Məmmədova Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə verilmiş ittihamdan 120.2.1-ci maddəsi xaric edilməli və ona yalnız 120.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır.

Digər şəxs — Elçin Həsənovun ittihamından Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri xaric edilməli, onun əməli 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.


Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər