Qaradağ rayonu, Lökbatan qəsəbəsində növbəti küçənin təmiri yekunlaşır. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri qəsəbənin uzunluğu 800, ortalama eni isə 6 m olan Nurlan Hüseynov küçəsində aparılır.
Sözügedən küçədə yararsız asfalt örtüyü qazılıb, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Bundan əlavə, yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənib. İşlərin qısa zamanda yekunlaşması nəzərdə tutulub.