top
“Lokomotiv deposu”nda yaşayan keçmiş məcburi köçkünlər hamama getmək üçün hər gün dəmir yolunu keçməli olurlar
02 mart 2023, 07:30
- ↺ +

“Lokomotiv deposu”nda yaşayan keçmiş məcburi köçkünlər hamama getmək üçün hər gün dəmir yolunu keçməli olurlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləcəri qəsəbəsi, “Lokomotiv deposu” adlanan ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıblar. Hazırda kifayət qədər çox ailə dəmiryolu relslərinin yanında özünə ev qurub, yaşamağa çalışır. Lakin onlar həyatlarının təhlükədə olduğunu deyirlər. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Hər an çökmək üzrə olan bu binada 1994-cü ildən 9 ailə məskunlaşıb. Keçmişdə müəssisə kimi istismar olunan bu binada nə su var, nə də qaz. Buna görə də sakinlər sanitar qovşaqları və hamamlarını yolun qarşı tərəfində tikməli olublar. Bu da o deməkdir ki, gündəlik ehtiyaclarını ödəmək üçün hər bir sakin gün ərzində bir neçə dəfə dəmir yolunu keçməli olur. Bu yolu keçərkən qonşusunu qatar vurduğunu, daha sonra öldüyünü bildirən Afət Məmmədova xüsusilə yaşlı və uşaqların həyatının təhlükədə olduğunu deyir.

Bina nəm divarları, ovulub tökülən tavanı, deformasiyaya uğramış pilləkənləri, hər an qırılmaq təhlükəsi olan eyvanı ilə ayaqda durmağa çalışır. Lakin sakinlər bu qorxu ilə yaşamaqdan bezara gəliblər.

Bir müddət öncə sakinin 3 yaşlı qızı binanın eyvanından yıxılaraq vəfat edib.

Qəzalı binada yaşamağa məcbur qalan sakinlərin problemi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, ailələrin üz-üzə qaldığı vəziyyətdən xəbərdardırlar: “Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yaşayış sahələri ilə təmin olunacaqlar”.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər