Xəzər rayonunda növbəti təmizlik aksiyası təşkil olunub. Bu haqda 17 sentyabr tarixində Bakuplus.az Xəzər RİH-yə istinadən xəbər verir.
Xəzər Rayon İcra Hakimiyyəti və “Atəşgah Sığorta” şirkətinin birgə təşkilatçılığı ilə 16 sentyabrda Mərdəkan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib. Aksiyada rayonun könüllü gəncləri və “Atəşgah Sığorta” şirkətinin kollektivi iştirak ediblər.
İştirakçılar bütün sanitar ləvazimatlarla təmin olunublar.
[caption id="attachment_70281" align="alignnone" width="640"]
Foto Xəzər RİH-in rəsmi saytı[/caption]