Nəsimi rayonunda kanalizasiya borusu partlayıb. Bu barədə 2 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Füzuli küçəsində, Mərkəzi Bankın yanında kanalizasiya xətti partlayaraq sıradan çıxıb. Nəticədə çirkab suları yola və səkiyə axıb. Bu hal vətəndaşların rahat gediş-gəlişinə mane olub.
Hadisə yerinə aidiyyəti qurumların işçiləri cəlb olunub, qəzanın nəticələri aradan qaldırılır.
[URIS id=22935]