top
Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?
06 dekabr 2024, 03:47
- ↺ +

Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Təhsil qanunvericiliyinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinin yarımçıq, kollec, “köhnə dildə” desək, texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllər də olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib”.

Bu fikirləri bizim.media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

Qiyabi magistratura təhsilinin olmaması ilə bağlı fikirlərini bölüşən ekspert bildirib ki, magistratura təhsili isə ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir:

“İndi gəlin görək, bəhs etdiyimiz qaydalar hansı səviyyədə, dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Gəncləri magistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparıb magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsi təmin edir”.

“Təkpilləli ali təhsil sisteminə keçə bilərik”

Müsahibimiz onu qeyd edib ki, magistratura təhsili ölkəmizin Avropada ortaq təhsil məkanı yaratmaq ideyasına xidmət edən Bolonya prosesinə qoşulmağımızla əlaqədar təhsil sistemimizə daxil edilib:

“Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin gözləntilər özünü lazımınca doğrultmadı.

Bir çox ölkələr iki pilləli - bakalavriat və magistratura pllələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsil sisteminə keçmək barədə düşünürlər. Bu mənada biz də ya ali təhsilin pillələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməliyik.

Son zamanlar nəinki, magistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi barədə fikirlər səsləndirilir...

O ki, qaldı magistraturanın qiyabi şöbəsinə, sanki, əyani magistrların bütün problemləri həll olmuşdu, qalmışdı bircə qiyabiçilərin... Hələ ki, magistratura üzrə qiyabi təhsil mövcud deyil və buna ehtiyac da yoxdur. Bu gün hətta bakalavriatda bir çox ixtisaslar üzrə qiyabi şöbələr bağlanılır, o ki, qaldı magistratura təhsili olsun. Bir də ki, elm cəfakeşləri üçün, bir növ qiyabi təhsili əvəz edə biləcək dissertantura var. Arzusunda olanlar, hər hansı bir mövzu götürüb, elmi-tədqiqat işləri ilə məşğul ola bilərlər. Təki istək olsun...”

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər